"Goldman Sachs": FED-in martda uçot dərəcəsini artırma ehtimalı 75%-dir

"Goldman Sachs": FED-in martda uçot dərəcəsini artırma ehtimalı 75%-dir
19:02 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ FED-in 2018-ci ilin mart ayında keçirəcəyi növbəti iclasda uçot dərəcəsini artırma ehtimalı 75% təşkil edir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının baş iqtisadçısı Jan Hatziusun rəhbərliyi altında hazırlanan hesabatda yer alıb.
Hesabatda bildirilir ki, dünən bitən iclasda FED-in ABŞ-da iqtisadi artım tempinin getdikcə daha da sürətlənəcəyini açıqlaması "Goldman Sachs"ın bu proqnozunun əsasını təşkil edib. FED iqtisadi artıma səbəb kimi güclü iqtisadi göstəriciləri və vergi islahatlarını qeyd edir.
"Qoldman Sachs" 2018-ci ildə FED-dən 4 faiz artırma qərarı gözləyir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/goldman-sachs-fed-in-martda-ucot-derecesini-artirma-ehtimali-75-dir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR