"PwC Azərbaycan": Birləşmə və satınalmalar prosesində əsas məsələ etimaddır

"PwC Azərbaycan": Birləşmə və satınalmalar prosesində əsas məsələ etimaddır
20:52 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ “PwC Azərbaycan” “Landmark Plaza Otel”də "Birləşmə və Satınalmalar (M&A)" mövzusunda seminar keçirib.
Şirkətdən “Report”a verilən məlumata görə, müxtəlif sektorları təmsil edən şirkət rəhbərlərinin iştirakı ilə keçirilən seminarın məqsədi M&A prosesi və onun hüquq və vergi sahəsinə təsiri ilə tanış olmaq, eləcə də M&A əməliyyatları ilə bağlı praktiki bilikləri bölüşmək olub.
"Azərbaycan biznes mühitindəki transformasiya prosesi təkcə ölkə iqtisadiyyatına təsir etmir, həm də biznes və investisiya strategiyasında dəyişikiklərə gətirib çıxarır. Texniki və hüquqi aspektlərlə yanaşı, M&A prosesində əsas məsələ əməliyyatı həyata keçirən tərəflərdə etimad yaratmaqdır," - "PwC Azərbaycan"ın idarəedici partnyoru Mövlan Paşayev açılış nitqində qeyd edib.
Seminarda "PwC Azərbaycan"ın hüquq və məsləhət xidməti sahəsində çalışan mütəxəssisləri M&A prosesinin müxtəlif aspektlərini müzakirə edib, interaktiv dialoq şəklində fikir mübadiləsi aparıblar.
“Ötən on iki ay ərzində biz Azərbaycanın biznes mühitində kifayət qədər M&A alətlərinə maraq müşahidə etmişik. Bu trend, əsasən, həm xarici biznes strategiyalarının dəyişməsi, həm də yerli təşkilatların effektivliyinin artırılması məqsədilə transformasiya istəyindən irəli gəlir,” - "PwC Azərbaycan"ın hüquq praktikasının rəhbəri Samir Hacıyev bildirib.
M&A - inkişaf planlarında artıma aparan ən sürətli yollardan biridir. Lakin bir çox hallarda tərəflər sövdələşmə nəticəsində vəd olunan müəssisə dəyərini əldə edə bilmirlər. Sövdələşmə tərəfləri öz M&A strategiyasını müəyyən edərkən və sövdələşməni qiymətləndirərkən biznesin bütün aspektlərində dəyər amillərini və riskləri nəzərdən keçirməlidirlər.
Qeyd edək ki, PwC qlobal şəbəkəsində kapital sövdələşmələri üzrə çalışan 15 000-dən çox mütəxəssislə dəstəklənən Azərbaycan komandası bütün sənaye sektorları üzrə M&A və maliyyə məsləhəti xidmətləri təklif edir. 2015-ci ildə təsis edilmiş "PwC Azerbaijan"ın dinamik inkişaf edən əqdlər praktikası, tam miqyaslı M&A əməliyyatları aparmaq üçün müştərilərimizə dəstək olmaq üçün tövsiyə olunan 10-dan çox peşəkardan ibarətdir.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/pwc-azerbaycan-birlesme-ve-satinalmalar-prosesinde-esas-mesele-etimaddir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR