Türkiyə Sahil Mühafizə Xidməti 68 qanunsuz mühaciri xilas edib

Türkiyə Sahil Mühafizə Xidməti 68 qanunsuz mühaciri xilas edib
20:57 14 Dekabr 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizə Xidməti Egey dənizinin İzmir əyaləti ərazisində 68 qanunsuz mühaciri xilas edib. 
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, içərsində qaçqınlar olan qayıq Dikili limanı yaxınlığında qayaya çarpılıb.
Hadisə yerinə iki helikopter və xilasedici gəmi cəlb olunub. Qəza nəticəsində ölən olmayıb. Onlara ilkin tibbi yardım göstərilib.
Qanunsuz mühacirlər, adətən, Bolqarıstan və Rumıniyaya getmək üçün tranzit olaraq Türkiyə ərazisindən istifadə edirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-sahil-muhafize-xidmeti-68-qanunsuz-muhaciri-xilas-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR