"Neftçi" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

"Neftçi" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb
21:07 14 Dekabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
"Report" xəbər verir ki, "Keşlə"nin ardından "Neftçi" 1/4 finaldakı rəqibini mübarizədən kənarlaşdırıb.
"Zirə" ilə səfər matçında bir cavabsız qolla məğlub olan "ağ-qaralar" cavab qarşılaşmasında 2:0 hesabı ilə qalib gəlməklə buna nail olub.
Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin heyətində 36-cı dəqiqədə Uqo Barqas, 45-ci dəqiqədə isə Mirabdulla Abbasov fərqləniblər.
Qeyd edək ki, "Neftçi" yarımfinalda "Qəbələ" - "Səbail" cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların Qəbələdə baş tutan ilk duelində meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-azerbaycan-kubokunda-yarimfinala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR