ABŞ indi də İrana qarşı beynəlxalq koalisiya yaradır

ABŞ indi də İrana qarşı beynəlxalq koalisiya yaradır
22:34 14 Dekabr 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.  

 

“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.       

 

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə  ittiham edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR