İran ABŞ-ın ittihamlarını rədd etdi

İran ABŞ-ın ittihamlarını rədd etdi
23:19 14 Dekabr 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Tehran noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan  alınmasına dair ABŞ-ın “təxribatçı və destruktiv” ittihamlarını rədd edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.   

 

“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz,  təxribatçı və destruktiv ittihamı rədd edirik”, - deyə bəyanatda qeyd olunub.

 

Qeyd edək ki,  ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən  raketin qalıqlarını təqdim edib.

 

İranın BMT-dəki daimi nümayəndəliyindən nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR