Bu il Azərbaycanda 47 mindən çox adam ölüb

Bu il Azərbaycanda 47 mindən çox adam ölüb
23:54 14 Dekabr 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 47695 ölüm halı qeydə alınıb.

 

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında təkcə Bakı şəhərində ölənlərin sayı 9746 nəfər təşkil edib.

 

Respublikada doğumaların sayına gəlincə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120 035 doğulan körpə qeydə alınıb.

 

Əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

 

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub.

 

Körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR