Tramp Putinə zəng elədi

Tramp Putinə zəng elədi
03:24 15 Dekabr 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasındakı münasibətləri və Koreya problemi daxil olmaqla “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.     

 

Məlumata görə, Putin-Tramp danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.  

 

Təmasların davam etdirilməsinə dair razılıq əldə olunub.  

 

Bundan əvvəl Rusiya və Çin Şimali Koreyanı nüvə sınaqlarına və raket atışlarına moratoriy tətbiq etməyə çağırıb. ABŞ və Cənubi Koreyaya isə bölgədə təlimlərə son  qoyulmasına dair çağırış edilib. Vaşinqton bu təşəbbüsə əhəmiyyət verməyib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR