Bakıda sürətin 120 km/saat olduğu yolda dərsdən qayıdan məktəbli qızı maşın vuraraq ödürüb

Bakıda sürətin 120 km/saat olduğu yolda dərsdən qayıdan məktəbli qızı maşın vuraraq ödürüb
05:07 15 Dekabr 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Yasmal rayonunda, dairəvi yolun Qanlı göl yaşayış massivi ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə 2002-ci il təvəllüdlü Qənbərova Sevinc İslam qızı avtobusdan düşərək sürət həddi 120 km/saat olan yolun digər tərəfinə keçmək istəyən zaman baş verib.
Bu zaman onu Məcnunzadə Çingiz Gündüz oğlu idarə etdiyi "99-LC-158" dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobillə vurub. Xəsarət alan qız xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb. Ç.Məcnunzadə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ardınca sözügedən yaşayış massivinin sakinləri yolda piyada keçidinin olmamısına etiraz əlaməti olaraq hadisənin baş verdiyi əraziyə toplaşıblar. Onların tələbi o olub ki, həmin ərazidə yerüstü piyada keçidi tikilsin. Sakinlər Post Patrul Xidmətinin əməkdaşları tərəfindən yoldan kənarlaşdırılıb.
Ölən S.Qənbərova 23 saylı orta məktəbin 10-cu sinif şagirdi idi. O, hadisə vaxtı məktəbdən evə qayıdırmış.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-suretin-120-km-saat-oldugu-yolda-dersden-qayidan-mektebli-qizi-masin-vuraraq-odurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR