"Əpl" istifadəçiləri üçün VACİB YENİLİK

"Əpl" istifadəçiləri üçün VACİB YENİLİK
08:18 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

“Əpl” şirkəti “Ayfon” və “Ayped” cihazları üçün yeni “iOS” 11.2.1 yenilənməsini istifadəyə verib.

Publika.az xəbər verir ki, yenilənmə 58 MB həcmə malikdir.

Şirkət bu yenilənməni iki həftə öncə istifadəyə verdiyi “iOS” 11.2 variantında buraxılan xətalar və çatışmazlıqları aradan qaldırmaq üçün edib. Yenilənmə, həmçinin, “Əpl Hom” üçün uzaqdan idarəetməni aktiv vəziyyətə gətirir. Yeni tətbiqlə birlikdə “HomKit” funksiyasının təhlükəsizliyi ilə bağlı yaranan problemlər də aradan qalxıb.

Yeni “iOS” tətbiqi “Ayfon 5S”dən “Ayfon X”ə qədər bütün mobil telefonlarlı “Ayped Pro”lara və “Ayped Taç”ları əhatə edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/224352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR