5 mərtəbəli binanın damına çıxıb özünü... - BAKIDA HƏYƏCAN

5 mərtəbəli binanın damına çıxıb özünü... - BAKIDA HƏYƏCAN
09:19 15 Dekabr 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakının Xəzər rayonunda bir nəfər intihar etmək istəyib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xəzər rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

 

Əməliyyat başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR