Xəzərdəki DƏHŞƏTLİ FACİƏDƏN 1 il keçdi

Xəzərdəki DƏHŞƏTLİ FACİƏDƏN 1 il keçdi
10:13 15 Dekabr 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü külək nəticəsində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin yerləşdiyi estakadanın bir hissəsinin dənizə uçmasından bir il ötür.

Publika.az xəbər verir ki, hadisə ötən ilin bu günü, yerli vaxtla saat 05:00-də baş vermişdi.

Hadisənin səbəbi kimi Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib.

41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Faciənin ildönümündə həyatını itirən fədakar neftçilərimizi rəhmətlə anır və yaxınlarını itirənlərin hər birinə səbr diləyirik.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR