Anar Bağırov: “Vəkillər Kollegiyasının yeni saytı hazırlanır”

Anar Bağırov: “Vəkillər Kollegiyasının yeni saytı hazırlanır”
10:27 15 Dekabr 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ “Hazırda Vəkillər Kollegiyasının “barassociation.az” adlı saytı mövcuddur. Lakin bu sayt texniki baxımdan dövrümüzün tələblərinə tam cavab vermir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, yaxın aylarda VK-nın tamam yenilənmiş saytı hazırlanaraq istifadəyə veriləcək: “Hazırki sayt demək olar ki, fəaliyyətsizdir, texniki baxımdan köhnədir və müasir tələblərə uyğun deyil. Bu barədə Vəkillər Kollegiyasının sonuncu konfransında da  fikir səsləndirmişəm”.
Qeyd edək ki, bu dekabrın 7-də VK-nın konfransında A.Bağırov növbəti 5 il müddətinə qurumun sədri seçilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/anar-bagirov-vekiller-kollegiyasinin-yeni-sayti-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR