Türkiyədə ilin TRANSFER BOMBASI

Türkiyədə ilin TRANSFER BOMBASI
10:33 15 Dekabr 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbaxça" klubu ilin transfer bombasını partlatmaq üzrə işlərə başlayıb.

Publika.az xəbər verir ki, klub "Antalyaspor"dan ayrılıb İspaniyaya qayıtmaq istəyən Samuel Eto ilə transfer danışıqlarına başlayıb.

İstanbul klubu İspaniyanın "Malyorka" klubuna keçəcəyi deyilən kamerunlu ulduzu yaya qədər icarəyə götürmək, sonra isə transfer hüququnu almaq istəyir.

Afrikalı futbolçunun yüksək maaş yükündən qurtulmaq istəyən "Antalyaspor"un da bu transferə razılıq verəcəyi ehtimal edilir.

1996-2000-ci illərdə "Real" klubunda forma geyinən Eto İspaniyanın "Leqanes", "Espanyol" və "Malyorka" klublarına icarəyə verilib.

"Malyorka" isə 2004-cü ildə onu 27 milyon avroya "Barselona"ya satıb. 5 il sonra 20 milyon avroya "İnter"ə keçən kamerunlu ulduz 2011-ci ildə 27 milyon avro qarşılığında "Anji"yə transfer olunub. Rusiyadan sonra "Çelsi", "Everton" və "Sampdoriya"da çıxış edən forvard 2015-ci ilin yayında "Antalyaspor"a transfer olunub.

Eto “Fənərbaxça”dan öncə ABŞ və Çin klublarından təkliflər almışdı. Ancaq o, kariyerasını “Malyarka” klubunda bitirmək istədiyini bildirmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR