Azərbaycanda "venture" kapitallaşma ilə bağlı qanun qəbul oluna bilər

Azərbaycanda "venture" kapitallaşma ilə bağlı qanun qəbul oluna bilər
10:52 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr.  REPORT.AZ/ Bu gün Bakıda "Texnologiyalar və innovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilib. 
"Report" xəbər verir ki, tədbirin təşkilatçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) olub. 
Konfrans Azərbaycanda innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub. Tədbirdə dövlət, özəl və xarici qurumlardan mütəxəssislər iştirak ediblər.
Konfransı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açıb. Daha sonra nazir müavini Elmir Vəlizadə çıxış edib. O, deyib ki, təmsil etdiyi qurum Strateji Yol Xəritələrinin yerinə yetirilməsinə həssaslıqla yanaşır: "Ötən gün Strateji Yol Xəritələri ilə bağlı işçi qrupunun növbəti iclası keçirildi. Bir daha gördük ki, Azərbaycanın innovativ potensialı böyükdür. Bunun üçün birgə əmıkdaşlıq olmalıdır. Neft qiymətlərinin aşağı düşməsi fonunda bir daha gördük ki, yeni məhsulların ortaya çıxması üçün dövlətin dəstəyinə ehtiyac var".
Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycanda bir sıra sahələr, xüsusən də "venture" kapitallaşma ilə bağlı qanun layihəsinin hazırlanmasına dair müzakirələr aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-venture-kapitallasma-ile-bagli-qanun-qebul-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR