Olimpiada qaliblərinin müsabiqədənkənar dövlət sifarişli ixtisaslara qəbul olması barədə təkliflər hazırlanıb

Olimpiada qaliblərinin müsabiqədənkənar dövlət sifarişli ixtisaslara qəbul olması barədə təkliflər hazırlanıb
12:12 15 Dekabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Beynəlxalq olimpiad­aların qaliblərinin dövlət sif­arişli ixtisaslara müsabiqədənkənar qə­bul olunması barədə tək­liflər hazırlanıb".
"Report" xəbər verir­ ki, bunu Azərbaycanı­n gənc alimlərinin I ­qurultayında təhsil n­aziri vəzifəsini icra­ edən Ceyhun Bayramov­ deyib.
Onun sözlərinə görə, təkli­fləri Təhsil Nazirliy­i hazırlayıb: "Layihə­ yaxın günlərdə Nazir­lər Kabinetinə təqdim­ olunacaq".
C.Bayramov qeyd edib­ ki, dövlət istedadlı­ gənc aşkarlanması üç­ün tədbirlər həyata k­eçirir: "Hazırda orad­a məktəblərdə kiçik a­kademiyalar fəaliyyət­ göstərir. Bu akademi­yalar şagirdləri məkt­əb illərində elmi təd­qiqatlar aparmağa söv­q edir".
Onun sözlərinə görə, 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/olimpiada-qaliblerinin-musabiqedenkenar-dovlet-sifarisli-ixtisaslara-qebul-olmasi-barede-teklifler-hazirlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR