Rusiya MSK: Prezident seçkilərində 23 nəfər iştirak etmək arzusunu bildirib

Rusiya MSK: Prezident seçkilərində 23 nəfər iştirak etmək arzusunu bildirib
12:32 15 Dekabr 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Bu ana qədər Rusiya prezidenti seçkilərində iştirak etmək planını 23 nəfər açıqlayıb".
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova deyib.
Onun sözlərinə görə, namizədlərin sayı, çox güman, artacaq, amma bu o demək deyil ki, onların hamısı Mərkəzi Seçki Komissiyasına gələcək.
"Hazırda şərtlər heç vaxt olmadığı qədər asandır, çünki imza sayı əhəmiyyətli dərəcədə azaldılıb. Buna görə də, görünür, arzulayanların sayı çox olacaq", - o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-msk-prezident-seckilerinde-23-nefer-istirak-etmek-arzusunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR