Azərbaycanda 89 nəfər spirtli içkidən zəhərlənib

Azərbaycanda 89 nəfər spirtli içkidən zəhərlənib
13:08 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 89 nəfər spirtli içkidən zəhərlənib.

Publika.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov məlumat verib:

"Ötən il spirtli içkidən zəhərlənənlərin sayı bu illə müqayisədə daha çox olub. Belə ki, keçən il 108 nəfər spirtli içkidən zəhərlənmişdirsə, bu il müraciətlərin sayı olduqca azalıb".

A.Maqsudov bildirib ki, spirtli içkilərdən zəhərlənən insanlar arasında ölüm halı qeydə alınmayıb:

"Demək olar ki, hər gün şöbəyə 5-6 nəfər spirtli içkidən zəhərlənmə ilə müraciət edir. Bunun əsas səbəbləri spirtli içkilərin tərkibinin dəyişdirilməsidir. Ucuz qiymətə satılan bir çox alkoqollu içkilərin tərkibinə qatılan spirtlər insan orqanizmində zəhərlənməyə səbəb olur. Onlar əsasən "bomj"lar olur. Küçələrdə soyuqda qalır və nəticədə zəhərlənmə hadisəsi baş verir. Bu halda həkim müdaxiləsinə ehtiyac var, əks halda ölüm halları qaçınılmazdır."

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/224400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR