Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib

Bakıda iki marşrut xəttinin hərəkət trayektoriyası dəyişib
13:17 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
“Report" xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-iki-marsrut-xettinin-hereket-trayektoriyasi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR