AFFA İntizam Komitəsinin danışılmış oyunlara görə cəzalandırdığı hər 3 şəxs apellyasiya verib

AFFA İntizam Komitəsinin danışılmış oyunlara görə cəzalandırdığı hər 3 şəxs apellyasiya verib
14:22 15 Dekabr 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin üç şəxsə oyunların idman nəticəsinin manipulyasiyasında iştirakına görə futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi ilə bağlı qərarına yenidən baxılacaq.
Bu barədə “Report”a UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov məlumat verib. O bildirib ki, “Keşlə”nin sabiq futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov, eləcə də "Neftçi”nin sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verib. Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı yekun qərar 2018-ci ilin əvvəlində veriləcək.
K.Cəbrayılov bildirib ki, hazırda araşdırmalar davam edir. O, yaxın gələcəkdə də cəzaların olacağını istisna etməyib: “Hazırda daxil olan məlumatlara əsasən araşdırmalar davam edir. Klub rəsmilərinin və məşqçilərin danışılmış oyunlarda iştirakı ilə bağlı konkret informasiya yoxdur. Olarsa, həmin şəxslər də cəzalandırılacaqlar. Proses davam davam etdiyi müddətdə ətraflı açıqlamaq olmur. Çünki bu istintaq fəaliyyətinin detalı ola bilər”.
Qeyd edək ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov dekabrın 1-də, Ağakişi Mehdizadə isə dekabrın 6-da AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıblar. Hər 3 şəxs çalışdıqları klublardan kənarlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesinin-danisilmis-oyunlara-gore-cezalandirdigi-her-3-sexs-apellyasiya-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR