Azərbaycanda əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb

Azərbaycanda əmtəə nişanlarının qiymətləndirilməsinə başlanılıb
14:22 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın Patent və Əmtəə Nişanları Mərkəzi əmtəə nişanlarının qiymətləndirilməsinə başlayıb.
Bu barədə “Report”a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumatda deyilir ki, əqli mülkiyyətə əsaslanan kreativ iqtisadiyyatın davamlı inkişafının zəruriliyi və bununla əlaqədar ölkənin ümumi daxili məhsulunda (ÜDM) onun payının artırılması üzrə tədbirlərin həyata keçirilməsinin vacibliyi məhz intellektual mülkiyyət obyektlərinin qiymətləndirilməsi standartının hazırlanması və tətbiqini qaçılmaz edən əsas amillərdəndir.
“Əqli mülkiyyət obyekti hüquq sahibinə illər keçdikcə daha çox qazanc gətirmək qabiliyyətinə malikdir. Əmtəə nişanına mülkiyyət hüququ qeyri-maddi aktiv olduğu üçün qiymətləndirmə rəyi ilə müəyyən edilmiş dəyər mühasibat uçotunda əks olunur və gələcəkdə biznesin qiymətləndirilməsi, satılması, kredit və ssuda alınması, investorlar və potensial partnyorların cəlb edilməsi zamanı həlledici rol oynaya bilər. Əmtəə nişanına hüququn qiymətləndirilməsi bir çox hallarda həm də işgüzar nüfuzun göstəricisi hesab olunur. Patent və Əmtəə Nişanları Mərkəzi əmtəə nişanı üzərində hüquq sahiblərini bu xidmətdən yararlanmağa dəvət edir”, - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-emtee-nisanlarinin-qiymetlendirilmesine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR