"Neftçi"nin Antalya toplanışındakı rəqibləri müəyyənləşib

"Neftçi"nin Antalya toplanışındakı rəqibləri müəyyənləşib
15:22 15 Dekabr 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Neftçi” futbol komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gündən istirahətə buraxılan komandamızın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. 
Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdəki "Alva Donna" otelində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. "Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Flaqman yanvarın 22-də Rusiyanın "OİK-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq. 

Təlim-məşq toplanışında yanvarın 30-da nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-antalya-toplanisindaki-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR