Yeni zavod gövdə hüceyrələri yetişdirəcək

Yeni zavod gövdə hüceyrələri yetişdirəcək
15:35 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Kanada hökuməti gövdə hüceyrələrinin istehsalı üzrə avtomatlaşdırılmış zavodun yaradılmasını nəzərdə tutan layihəni istifadəyə verib. Gövdə hüceyrələrinin yetişdirilməsinin tibb sahəsində bir çox problemləri həll edəcəyi və çoxlu insan həyatını xilas edəcəyi gözlənilir. Layihə “General Electric” şirkəti və Toronto Regenerativ Tibbi Kommersiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, mərkəz hüceyrələrin istehsalı ilə yanaşı, onların müxtəlif xəstəliklərlə mübarizəsi üçün lazım olan yeni tiplərinin hazırlanması ilə məşğul olacaq. Hazırda gövdə hüceyrələrinin yetişdirilməsi mümkün olsa da, bu proses uzun çəkir. Belə ki, bir konkret xəstə üçün onlarla gövdə hüceyrəsinin yetişdirilməsinə bir neçə həftə tələb olunur. Bundan başqa, əksər mərhələlərdə insan tərəfindən nəzarət edilməsi lazımdır. Yetişdiriləcək hüceyrələrin sayının bir neçə mini üstələyəcəyinə görə Toronto zavodunun maksimum avtomatlaşdırılması planlaşdırılır. Bundan əlavə, istehsala süni intellekt tərəfindən nəzarət ediləcək. O, tədricən biliyini artıraraq istehsalın optimallaşdırılması üzrə müxtəlif variantlar təklif edəcək.  
 
Gövdə hüceyrələri terapiyası genomun redaktəsi ilə birləşmədə indiyədək bir sıra xəstəliklərin müalicəsində effektivliyini sübut edib. Onlar arasında bir sıra irsi xəstəliklər və beyin xəstəlikləri yer alır. Bu baxımdan yeni istehsalın yaradılması böyük əhəmiyyətə malik ola bilər.

Qeyd edək ki, hazırda gövdə hüceyrələrindən təkcə tibdə deyil, eyni zamanda müxtəlif klinik sınaqlarda istifadə olunur. Bu səbəbdən iri şirkətlər yeni istehsala maraq göstərməyə başlayıblar. Məsələn, “Bayer” əczaçılıq şirkəti və Silikon Vadisinin bir sıra nəhəngləri layihəni dəstəkləyərək ona yüz milyon dollarlarla investisiya yatırıblar.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-51857-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR