Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb

Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb
15:52 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.
Xatırladaq ki, Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozundan fərqlənib. Analitiklər Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar.
"Report" xəbər verir ki, bu qərar rublun məzənnəsini 0,43% azaldıb və məzənnə 59 RUB/USD səviyyəsini ötüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiya-banki-ucot-derecesini-proqnozdan-cox-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR