"Zirə" klubunun qış hazırlıq planı müəyyənləşib

"Zirə" klubunun qış hazırlıq planı müəyyənləşib
15:57 15 Dekabr 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ “Zirə” futbol komandasının qış hazırlıq planı müəyyənləşib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan komanda bir də gələn il yanvarın 4-də təlim-məşq toplanışı üçün bir araya gələcək.
Yanvarın 19-na kimi paytaxtda hazırlıqlarını davam etdirəcək Ayxan Abbasovun yetirmələri bu müddətdə bir yoxlama matçı keçirmək fikrindədir. “Qartallar” ayın 18-i və ya 19-da yerli klublardan biri ilə qüvvəsini sınayacaq. Bununla da hazırlığın ilk mərhələsi yekunlaşacaq.
Yanvarın 21-də Türkiyəyə yollanacaq "qartallar" hazırlıqlarının ikinci hissəsini bu ölkədə keçəcək. Antalyada Side bölgəsində yerləşən “The Sense De Luxe Hotel”də məskunlaşacaq komanda burada 3 yoxlama matçı keçirəcək. Qarşılaşmalar 27, 30 yanvar və 2 fevral tarixlərndə nəzərdə tutulub. “Qartallar” fevralın 4-də Bakıya qaydacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-klubunun-qis-hazirliq-plani-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR