Qüdsdə fələstinli fəallarla polis arasında qarşıdurma gedir

Qüdsdə fələstinli fəallarla polis arasında qarşıdurma gedir
16:17 15 Dekabr 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ İsrail polisi Fələstin əhalisinin ənənəvi etiraz məkanı hesab edilən Dəməşq qapılarından Qüdsə gedən yolu bağlayıb, amma etirazçılar maneələri dəf edə bilib və tərəflər arasında qarşıdurma başlayıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis nümayişçiləri meydandan çıxarır və ən aktiv etirazçıları saxlayır. Həkim briqadaları bir neçə yaralını xəstəxanaya aparıb.
Bunun ardından polis şəhərin şərq məhəllələrində yaşayan və namaz qılmaq üçün "Əl-Əqsa" məscidinə getmək üçün sakinlərin istifadə etdikləri Dəməşq qapılarını bağlayıb.
Etirazçılar polis maneələrini buradan da aşdıqdan sonra qarşıdurma yerinə atlı polis bölmələrinin əməkdaşları gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qudsde-felestinli-feallarla-polis-arasinda-qarsidurma-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR