Azərbaycanın tütün məmulatları istehsalçısı Sumqayıt Kimya Sənaye Parkına 30 mln. manat pul qoya bilər

Azərbaycanın tütün məmulatları istehsalçısı Sumqayıt Kimya Sənaye Parkına 30 mln. manat pul qoya bilər
17:52 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Bir qədər əvvəl Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu almış və tütün istehsalı ilə məşğul olacaq “Tabaterra” QSC Parka 30 mln. manat pul qoya bilər.
“Report”un əldə etdiyi məlumata görə, bu məqsədlə şirkətin nizamnamə kapitalı 6 min dəfə artırılacaq.
Xatırladaq ki, Vergilər Nazirliyi “Tabaterra”nı bu il sentyabrın 11-də dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi,18 (Xovlu İpək Fabrikinin ərazisi), nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Cavanşirdir.
“Tabaterra” beynəlxalq standartlara uyğun siqaret istehsal edəcək. Şirkət ildə 7 mlrd. ədəd filtrli siqaret istehsal edəcək müəssisə inşa etməyi planlaşdırır. Üç növdə tütün məmulatları istehsal edəcək müəssisədə 200 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/azerbaycanin-tutun-memulatlari-istehsalcisi-sumqayit-kimya-senaye-parkina-30-mln-manat-pul-qoya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR