Şimali Koreyaya sanksiya tətbiq edildi - Yaponiya

Sonuncu ballistik raket sınağını 29 noyabrda keçirən Şimali Koreyaya qarşı indi də Yaponiya sanksiya tətbiq edib.

Metbuat.az-ın məlumatına görə, Yaponiya, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozmağa davam edən Şimali Koreyadakı 19 şirkətin fəaliyyətini dayandırıb. ABŞ tərəfindən də sanksiya tətbiq olunan şirkətlərin maliyyə, dağ-mədən və nəqliyyat sahələrində fəaliyyət göstərdiyi deyilir.

Bu arada Yaponiyanın baş naziri Şinzo Abe, ölkəsinin Şimali Koreyanın nüvə mərmi təhdidi qarşısında vətəndaşlarını qorumaq üçün ehtiyac duyduğu müdafiə imkanlarını dəyərləndirəcəyini açıqlayıb: “Biz xalqımızın qorunması üçün hansı müdafiə sisteminin lazım olduğunu təyin etmək istəyirik”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR