Cəlilabadda 35 yaşlı piyadanı avtomobil vurub

Cəlilabadda 35 yaşlı piyadanı avtomobil vurub
18:17 15 Dekabr 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad. 15 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb. 
Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/celilabadda-35-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR