İspaniya DÇ2018-də olmayacaq

İspaniya DÇ2018-də olmayacaq
20:43 15 Dekabr 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın nəhəng futbol ölkələrindən olan İspaniya 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına qatılmamaq təhlükəsi ilə üz-üzə qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Marca” qəzeti xəbər yayıb.

Xəbərə görə, İspaniya Futbol Federasiyasının seçkilərinə hökumət tərəfindən müdaxilə edilməsi iddiaları FİFA-nın "Matadorlar"ı turnirdən kənarlaşdrımasına səbəb ola bilər.

Federasiyanın keçmiş prezidenti Angel Mariya Villar sui-istifadə ittihamları ilə İspaniya İdman Şurası tərəfindən vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq Xuan Luiz Larreya gətirilmiş və prezident seçkilərinin yenilənməsi tələb edilmişdi. Ancaq Xuan Luizin hələ də vəzifəsində qalması FİFA-da xoş qarşılanmayıb və hökumətin hadisəyə müdaxilə etməsi kimi bir təəssürat yaranıb. Buna görə də asossasiya İspaniyaya xəbərdarlıq göndərib. əgər İspaniya yeni federasiya prezidenti seçməsə, Rusiyada keçirilən DÇ-2018-ə qatılmayacaq.

Buna bənzər vəziyyət daha öncə Nigeriyada da baş verib. 2010-cu ildə FİFA hökumətin federasiya seçkilərinə müdaxilə etdiyi üçün Nigeriyanın üzvlüyünü ləğv etmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR