BVF: Gələn il Azərbaycanda birrəqəmli inflyasiya olacaq

BVF: Gələn il Azərbaycanda birrəqəmli inflyasiya olacaq
22:18 15 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

"2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 - 4% arasında dəyişə bilər".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/224477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR