"Sumqayıt"ın məşqçisi: "Bundan sonra kubok daha maraqlı olacaq"

"Sumqayıt"ın məşqçisi: "Bundan sonra kubok daha maraqlı olacaq"
22:42 15 Dekabr 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda doğma meydanda "Qarabağ"ı 2:0 hesabı ilə yenərək yarımfinala çıxan "Sumqayıt" klubunun məşqçisi Seymur Rəhimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Report"un məlumatına görə, o, öncə oyun haqda danışıb:
"Çox maraqlı oyun alındı. Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canlarını qoydular. Azarkeşlərimizə təşəkkür edirəm. Qurban müəllimə də işində uğurlar arzulayıram. O bizim böyük qardaşımızdır".
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbolçuar "Qarabağ”dan çəkinmirdi...
- Komandamız gənclərdən ibarətdir. Əzmkarlıq var. Motivasiya etməyimiz işə yaradı.
Samir Abasovla danışdınızmı?
- Xeyr, onunla danışmamışam.
Sizcə oyunun ən yaxşısı kim idi?
- Bütün futbolçularım yaxşı idi. Mehdi Cənnətovdan tutmuş, Xəyal Nəcəfova qədər. Bundan sonra kubok daha maraqlı olacaq. Bu qələbə daha çox Samir Abasovun zəhmətinin bəhrəsidir.
"Keşlə” ilə qarşılaşacaqsınız. Onlar da fasilədə heyəti gücləndirəcək. Final şansınızı necə qiymətləndirirsiniz?
- Hələ yolumuz uzundur. Düşünürəm ki, yaxşı olacaq. "Keşlə”yə də uğurlar arzulayırıq. Biz də əlimizi yanımıza salıb oturmayacağıq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-mesqcisi-bundan-sonra-kubok-daha-maraqli-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR