Bakıda yol verməmək üstündə QAN TÖKÜLDÜ

Bakıda yol verməmək üstündə QAN TÖKÜLDÜ
22:53 15 Dekabr 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Bilgəh qəsəbəsində 1984-cü il təvəllüdlü Amir İmanov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Amir İmanovun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Amir İmanov qəsəbədə tanımadığı şəxslə mübahisə edib. Mübahisəyə səbəb həmin şəxsin avtomobili ilə Amir İmanova yol verməməsi olub. Onların arasında yaranan mübahisə sonradan davaya çevrilib. Əlbəyaxa dava zamanı həmin şəxs Amir İmanovun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub və daha sonra hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR