BVF Azərbaycanla bağlı proqnozunu açıqladı

BVF Azərbaycanla bağlı proqnozunu açıqladı
23:54 15 Dekabr 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yaxın gələcəyə dair iqtisadi artım perspektivi müsbətdir. Gələn il dövlət investisiya xərclərinin və sosial xərclərin artımı fonunda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir.

 

APA-nın xəbərinə görə bu barədə 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün 30 noyabr – 14 dekabr tarixlərində Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçinin bu səfərin yekununa dair yayılan bəyanatında bildirib.

 

Bəyanatda deyilir ki, neft sektorunda azalma davam edəcək: “Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi artım 2 faiz səviyyəsində proqnozlaşdırılır, ortamüddətli dövr ərzində isə qaz yataqlarının işlənməsinə başlandıqdan sonra 3.5 - 4 faiz arasında olması planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə inflyasiya dərəcəsi 2018-ci ildə 7 faizədək, sonra isə tədricən daha aşağı düşəcək”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR