“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışı efirə getdi

“Pole çudes”in Azərbaycana həsr olunmuş buraxılışı efirə getdi
01:29 16 Dekabr 2017
140 Digər
Ölkə mətbuatı
A- A+

“Pole çudes” verilişinin Azərbaycana və Beynəlxalq çay gününə həsr olunmuş buraxılışı efirə gedib.

 

Lent.az-ın "oxu.az"a istinadən xəbərinə görə, verilişdə Azərbaycan mahnıları səsləndirilib. Bundan əlavə studiya xalçalar, meyvələr və Azərbaycandan gətirilmiş şirniyyatlarla bəzədilib.

 

Aparıcı Leonid Yakuboviçin köməkçiləri Azərbaycan milli geyimlərində olublar.

 

Verilişin qonaqlarından biri şoumen Murad Dadaşov Yakuboviçə mürəbbə, neft, üzərində futbolçuların imzası olan “Qarabağ”ın formasını  və komandanın Çempionlar Liqasında oynadığı topu hədiyyə edib.

 

Murad Dadaşov həm oyunun, həm də “super oyunun” qalibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR