Riçard Gir "Real"ın sabiq vitse-prezidentinin qızı ilə ailə quracaq

Riçard Gir "Real"ın sabiq vitse-prezidentinin qızı ilə ailə quracaq
04:02 16 Dekabr 2017
227 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Hollivudun 68 yaşlı aktyoru Riçard Gir "Real Madrid" klubunun sabiq vitse-prezidentinin artıq 3 ildir ki, görüşdüyü 34 yaşlı qızı Aleksandra Silva ilə ailə həyatı quracaq.
“Report” xəbər verir ki, jurnalistlər onların bu niyyətini Milanda keçirilən xeyriyyə mərasimi zamanı ispan Aleksandranın barmağında nəzərə çarpan nişan üzüyündən anlayıblar.
Aleksandranın adsız barmağına taxdığı üzərində iri brilyant qaş olan ağ qızıldan hazırlanmış nişan üzüyü paparatsilərdə şübhə yeri qoymayıb.
Lakin nə Gir, nə də Silva gələcək planları barədə şərh vermirlər, odur ki, onların toyunun nə zaman olacağı məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/ricard-gir-real-in-sabiq-vitse-prezidentinin-qizi-ile-aile-quracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR