"Forbes" 2017-ci ilin ən çox gəlir gətirən aktyorunun adını açıqlayıb

"Forbes" 2017-ci ilin ən çox gəlir gətirən aktyorunun adını açıqlayıb
04:27 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Amerikanın "Forbes" jurnalı kinostudiyalara ən çox gəlir gətirən Hollivud aktyorlarınınn siyahısını müəyyənləşdirib.
“Report” xəbər verir ki, reytinqin lideri "Çətin tapşırıq" və "İntiqamçılar" kimi filmlərdə oynadığı rollarla məşhurlaşan Ceremi Renner olub.
Aktyor ona sərf olunan hər 1 dollara görə, orta hesabla 93,80 dollar gəlir gətirir.
Siyahıda ikinci yeri "Gözəlçə və Bədheybət", həmçinin "Yer kürəsi" filmlərinə çəkilən Emma Vatson tutub.
Aktrisa ona qoyulan 1 dolların əvəzində kinostudiyaya orta hesabla 70 dollar pul qazandırır.
"İntiqamçılar" filminin daha bir təmsilçisi olan Skarlet Yohannson orta hesabla 60 dollar gəlir gətirən aktrisa kimi üçüncüdür.
Siyahıda 4 və 5-ci yerləri Kris Prett (33,4 dollar) və Emi Adams (46,1) bölüşürlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/forbes-2017-ci-ilin-en-cox-gelir-getiren-aktyorunun-adini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR