Ərdoğanla Putin görüşündə müəmmalı masanın SİRRİ AÇILDI - FOTO

Ərdoğanla Putin görüşündə müəmmalı masanın SİRRİ AÇILDI - FOTO
11:48 16 Dekabr 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bu həftənin əvvəlində Ankarada keçirilən Ərdoğan-Putin görüşündə sirli məqam ortaya çıxıb.

Publika.az
xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri təkbətək görüşdən sonra mətbuatın önünə çıxıb.

Mətbuat konfransının keçirildiyi salonda əvvəlcə bir masa qoyulub və liderlərin müqavilə imzalayacaqları ilə bağlı məlumatlar yayılıb. Lakin daha sonra masa qaldırılıb və prezidentlərin əyləşməsi üçün platformaya iki stul gətirilib. Yalnız bundan sonra Ərdoğanla Putin jurnalistləri suallarını cavablandırıb.

Bu detal “Rusiya ilə S-400 anlaşmasında problem var” sualını gündəmə gətirib. Hətta Rusiya mediası masanın götürülməsini “Putin Türkiyə ilə ən dərin razılaşmaları əldə etdi” deyə şərh edib. Lakin prezidentlər konfransda “kredit məsələsində işlərin başa çatmasından sonra anlaşma bir neçə gün ərzində imzalanacaq” deyə bəyan edib.

Sirli masa niyə qaldırıldı?

Türkiyə mediasının məlumatına görə, liderlər əvvəlcə müqavilə imzalamaq istəyib, lakin sonradan vəziyyət dəyişib. Belə ki, S-400-lərin alınması ilə bağlı iki variant olub: kredit və nağd ödəniş. Türkiyə tərəfi hər iki variantı müzakirə edib. Əvvəlcə nağd ödəniş variantı seçilib. Müqaviləni də jurnalistlərin qarşısında imzalamaq üçün salona masa gətirilib. Lakin sonradan kredit variantı seçildiyi üçün imzalanma da təxirə salınıb.

Mənbələr Türkiyənin Rusiyadan S-400 almasında heç bir problemin olmadığını deyirlər. Salondakı masanın sirri də məhz “nağd”, yoxsa “kredit” variantlarından irəli gəlir.

“Yeni Şəfəq” qəzeti isə Türkiyənin S-400-lər üçün artıq Rusiyaya avans ödədiyini yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR