Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb
11:52 16 Dekabr 2017
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/azerbaycanda-istirahet-gunune-olan-hava-proqnozu-aciqlanib16

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR