Olland müsəlmanların əvəzinə danışdı

Olland müsəlmanların əvəzinə danışdı
00:46 10 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu günkü terror antisemit bir hücum idi. Ancaq bunların nə İslamla, nə də dinlə bir əlaqəsi var".

ANS PRESS-in məlumatına görə, bu sözləri Fransa prezidenti Fransua Olland verdiyi açıqlamasında bildirib. Fransaya qorxu dolu anlar yaşadan ikiqat girov böhranının ardından açıqlama verən Olland bildirib ki, terrorun dini, milliyəti olmur:

"Bu bütün toplum üçün bir faciə idi. İki yerdə terrorçulara qarşı əməliyyatlar həyata keçirildi. Əməliyyatlarda iştirak edən bütün insanlarımıza təşəkkür etmək istəyirəm, onlarla qürur duyuram. Fransa bu vəziyyətlərlə mübarizə apara bildiyini sübut etdi. Ancaq bu təhlükənin sona çatdığı mənasını vermir. Ayıq olmanızı istəyirəm. Bugünkü hücum antisemit bir hücum idi. Ancaq bu fanatiklərin nə İslamla, nə də dinlə bir əlaqəsi var. Bir çox avropalı lider bazar günü bizimlə birlikdə olacaq. Fransadakı hər kəsin də bazar günü bir araya gəlməsini xahiş edirəm".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR