Qadını qatarın altına atdı - ÜRƏYİ ZƏİF OLANLAR İZLƏMƏSİN - VİDEO

Qadını qatarın altına atdı - ÜRƏYİ ZƏİF OLANLAR İZLƏMƏSİN - VİDEO
12:13 16 Dekabr 2017
282 Maraqlı
Ölkə mətbuatı
A- A+

Metroda iki qadının bir-birini qatar relslərinin altına atmaq istədiyi anlar təhlükəsizlik kameralarına düşüb.

Publika.az xəbər verir ki, Ruminiyanın Buxarest əyalətinin metrostansiyada 36 yaşlı Magdalena Serban 25 yaşlı Alina Ciucuni qatar relslərinin altına itələyərək ölümünə səbəb olub. Qadın xilas olmağa cəhd göstərsə də, qatarın gəldiyini görən Maqdalena onu yenidən qatara tərəf itələyərək relslərin altında əzilməsini seyr edib.

Cinayəti soyuqqanlılıqla izləyən Maqdalena polis tərəfindən saxlanılıb. Dəhşətli cinayəti rahat şəkildə etriaf edən qadının psixi problemləri olduğundan şübhələnən polis onu əvvəlcə xəstəxanaya aparıb.

Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb.

Sosial şəbəkələrdə yayılan görüntülər izləmə rekordu qırır.

Faktla bağlı cinayət işi açılıb, qadını hansı səbəbdən öldürdüyü məlum deyil.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/224525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR