Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb
12:17 16 Dekabr 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda məlumat yayıb. 
"Report"un xəbərinə görə, bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.
Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

*** 05:22
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1979-cu il təvəllüdlü Hüseynova Cəmalə Ağaməmməd qızı Maştağa qəsəbəsinin Müşəlan yaşayış massivində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-ana-ve-ovladini-vurub-usaq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR