FED-in faiz siyasəti neft qiymətlərinə mənfi təsir edəcək

FED-in faiz siyasəti neft qiymətlərinə mənfi təsir edəcək
12:17 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi neft qiymətləri üçün təhlükə yaradacaq. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama dünyanın lider broker şirkətlərindən biri olan B.Britaniyanın "Sucden Financial" tərəfindən verilib.
Məlumatda bildirilir ki, "maliyyə bazarları yaxın zamanlarda FED-in mümkün faiz artımlarının davam etməsini gözləyir. FED-in faiz artımlarının maliyyə bazarları tərəfindən dəyərləndirilməsi nəticəsində dolların məzənnəsinin möhkəmlənməsini ehtimal edirik. Güclü dolların isə neft qiymətlərini ucuzlaşdıracağına inanırıq".
"Sucden Financial"ın analitikləri dolların məzənnəsinin xammal qiymətləri ilə hər zaman tərs korrelyasiyaya sahib olduğunu qeyd edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fed-in-faiz-siyaseti-neft-qiymetlerine-menfi-tesir-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR