Avtomobil qəzasında 8 yaşlı uşaq öldü

Bakıda ana və azyaşlı oğlunu maşın vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bakıda yaşayış evində yanğın - FHN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR