Bakıda intihara cəhd - YENİLƏNİB

Bakıda intihara cəhd - YENİLƏNİB
12:39 16 Dekabr 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

 
 
 
Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
 
 
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
 
 
 
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
 
 
 
 
 
11:46
 
 
Bakıda intihara cəhd edilib.
 
 
 
APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində “AMAY” Ticarət Mərkəzində qeydə alınıb. Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.
 
 
 
Polisdən APA-ya bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.
 
 
 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR