Ticarət mərkəzinin damına çıxıb özünü atmaq istədi

Ticarət mərkəzinin damına çıxıb özünü atmaq istədi
13:08 16 Dekabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ticarət mərkəzində intihara cəhdin qarşısı alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR