Sabiq baş nazirin oğlu evində ölü tapılıb

Sabiq baş nazirin oğlu evində ölü tapılıb
13:09 16 Dekabr 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
 
 
 
APAnın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etməsindən şübhə edilir.
 
 
 
Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmaz oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönmək üçün hərəkətə keçib.
 
 
 
Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə “CFS İstanbul Yatırım A.Ş” bir şirkəti var. İki qardaş bir ara İstanbulda tikilən üçüncü hava limanında torpaq daşınması işi ilə də məşğul olub.
 
 
 
Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evli olub, 3 il sonra cütlük ayrılıb. 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR