Türkiyədə keçmiş baş nazirin oğlu evində ölü tapıldı

Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz evində ölü tapılıb.

Metbuat.az xəbər verir ki, İstanbulun Beykoz rayonundakı evində, yatağında ölü tapılmış Yavuz Yılmazın bədənində odlu silahdan açılmış güllə yaraları olub.

Hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu, hazırda Məsud Yılmaz və həyat yoldaşı Bərna Yılmazın acı xəbəri eşitdikdən sonra ABŞ-dan qayıtdıqlarını bildirib.

Polis hadisənin intihar olma ehtimalını araşdırır.

Qeyd edək ki, 38 yaşlı Yavuz Yılmaz tək yaşayırmış.

Aysel Yaqubqızı / Metbuat.az

Metroda qadını relslərin üstünə itələdi - DƏHŞƏTLİ ÖLÜM




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR