Azərbaycan insan alverinə qarşı mübarizədə ATƏT-lə əməkdaşlığı davam etdirməyə hazırdır

Azərbaycan insan alverinə qarşı mübarizədə ATƏT-lə əməkdaşlığı davam etdirməyə hazırdır
13:22 16 Dekabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Madina Carbusınova tərəfindən iştirakçı olan ölkələrlə əməkdaşlıqda nümayiş edilən obyektiv, konstruktiv və peşəkar yanaşmanı qiymətləndirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu ATƏT-in Daimi Şurasının 1168-ci iclasında Azərbaycan numayəndə heyətinin səsələndirdiyi çıxışda bildirilib.

Çıxışda vurğulanıb ki, Azərbaycan insan alveri ilə mübarizə sahəsində ATƏT-in Baş Ofisi birlikdə qurulmuş səmərəli əməkdaşlığı davam etdirməyə hazırdır: "Biz ATƏT-in müvafiq qurumları və strukturlarını Madina Carbusınova tərəfindən ATƏT regionunda ümumi təhlükəsizliyimizə kömək edə biləcək bu nümunəyə riayət etməyə çağırırıq.

Azərbaycan nümayəndə heyəti ATƏT-in ərazisində və kənarda insan alveri ilə mübarizədə miqyas və problemlərin sayının artmasından narahatlığını bölüşür. Bu problem miqrasiya böhranı ilə əlaqədar getdikcə pisləşir. Biz insan alverinin qarşısını alınması üçün səylərin gücləndirilməsi və cinsi istismar da daxil olmaqla, uşaq alverinin bütün formalarına qarşı mübarizə aparmaqla bağlı yeni qəbul edilmiş qərarları alqışlayırıq. İnsan alverinə həssas insanlar üçün məlumatlandırma tədbirləri, insan alveri ilə məşğul olan müxtəlif sosial-iqtisadi faktorların aradan qaldırılmasına dair təşəbbüslər daha da gücləndirilməlidir".

Nümayəndə heyəti bildirib ki, qurbanların kompensasiya və kimliklərinin açıqlanmaması hüquqları insan alverinin qarşısının alınması və qurbanların müdafiəsi üçün effektiv strategiyanın tərkib hissəsi olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/608540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR