Bakıda naməlum meyit tapıldı: bu kişinin yaxınları axtarılır - FOTO

Bakıda naməlum meyit tapıldı: bu kişinin yaxınları axtarılır - FOTO
13:34 16 Dekabr 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

 

Cari il dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında bir kişi kəllə-beyin travması ilə kliniki tibbi mərkəzə yerləşdirilib və orada ölüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, həmin kişinin xarakterik əlamətləri belədir:  boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara, əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı var.  

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR